Главная > Siyasət > "Ermənilər bu əraziləri boşaltmalıdır, yoxsa..." - DÜŞMƏNƏ XƏBƏRDARLIQ
"Ermənilər bu əraziləri boşaltmalıdır, yoxsa..." - DÜŞMƏNƏ XƏBƏRDARLIQ4-12-2020, 13:13. Разместил: azadses |
Ermənistan Azərbaycan torpaqlarını işğal edəndən sonra dövlət sərhədini bir çox istiqamətdə irəli çəkib. Məqsəd torpaqlar nə vaxtsa qayıdarsa, həmin ərazilərin Ermənistanda qalmasıdır. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən politoloq Tofiq Abbasov ermənilərin qanunsuz olaraq zəbt etdiyi bütün torpaqların geri qaytarılacağını bildirib: “Azərbaycan heç vaxt nə hansısa ölkənin ərazisinə göz tikib, nə də iddialar irəli sürüb. Biz hər zaman qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmışıq. Lakin Ermənistan tərəfi yüz illərdir Azərbaycan torpağına göz tikir, yersiz iddialar irəli sürür. Onlar 28 illik işğal müddətində sərhədləri irəli çəkərək, Azərbaycan torpaqlarını qanunsuz zəbt edib. Amma bu, ermənilərin düşündüyü kimi asan məsələ deyil. Hər bir kəndin, ərazinin öz pasportu, hansı ölkəyə aid olması ilə bağlı sənədi var. Bu, beynəlxalq səviyyədə tanınmış, qəbul edilmiş qərara əsasən təyin edilir. Ermənilərə qalsa, Cənubi Qafqazın hamısı onlara məxsusdur. Onlar məğlub olmuş tərəf kimi qeyd-şərtsiz bizə məxsus olan bütün əraziləri boşaltmalıdır. Bunu xoşluqla etməsələr, biz güc yolundan istifadə etməyə məcbur qalacağıq”. Вернуться назад |