Главная > Siyasət > Prezidentdən FƏRMAN

Prezidentdən FƏRMAN


3-12-2020, 16:42. Разместил: azadses
Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2017-ci il tarixli fərmanında dəyişiklik edib.
''Azad Səs'' xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi əmlakın ASK ilə yanaşı, dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsini təmin etməlidir.

Вернуться назад