Главная > Siyasət > Vilayət Eyvazov əmr imzalayıb

Vilayət Eyvazov əmr imzalayıb


2-12-2020, 13:33. Разместил: azadses
Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) kadr dəyişikliyi olub.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov idarə rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.
 
Xatırladaq ki, bu vaxta qədər həmin vəzifəni general-mayor Teymur Hacıyev daşıyırdı. T.Hacıyev bir neçə gün öncə tutduğu vəzifədən azad edilərək Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Вернуться назад