Главная > Siyasət > "Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir" - Çavuşoğlu

"Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir" - Çavuşoğlu


2-12-2020, 12:59. Разместил: azadses
Türkiyə hər zaman bölgədə sülh və sabitliyi dəstəkləyib. Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir vurğulayıb ki, Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini dəstəkləyir.
Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan 10 noyabr bəyanatını dəstəklədiyini diqqətə çatdıran M.Çavuşoğlu bildirib ki, bu bəyanat bölgədə sülh üçün atılan ən böyük addımdır. Nazir əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmaqla yanaşı regional əməkdaşlığı da dəstəkləyib.

Вернуться назад