Главная > Siyasət > DYP-nin iki şöbə rəisinə yeni vəzifə verildi

DYP-nin iki şöbə rəisinə yeni vəzifə verildi


17-01-2020, 16:17. Разместил: azadses
Polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Azadsəs-in məlumatına görə, bunla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
BDYPİ-nin Yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb. Belə ki, o, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib. K.Əliyev faktı təsdiqləyib.
Вернуться назад