Главная > Siyasət > Hərbi paradda erməni əsirlər nümayiş etdiriləcək? – RƏSMİ AÇIQLAMA

Hərbi paradda erməni əsirlər nümayiş etdiriləcək? – RƏSMİ AÇIQLAMA


1-12-2020, 16:56. Разместил: azadses
Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, əsassız və həqiqətəuyğun olmayan belə məlumatlar qəti şəkildə rədd edilir: “Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil”.

Вернуться назад