Главная > Siyasət > Rusiya Xankəndinə hərbi həkimlər göndərdi

Rusiya Xankəndinə hərbi həkimlər göndərdi


29-11-2020, 12:17. Разместил: azadses
Rusiya Xankəndi şəhərinə 60-dan çox hərbi həkim göndərib.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Xankəndinə göndərilən tibbi heyətə cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.

Bundan əlavə, qeyd olunub ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək edirlər.

Вернуться назад