Главная > Siyasət > Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir

Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir


29-11-2020, 12:06. Разместил: azadses
Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinə gedən yeni yol minalardan təmizlənir.
Report-un verdiyi məlumata görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Suqovuşan kəndinə yeni salınacaq yolun ərazisidə minaların aşkarlanması və zərərsizləşdirilməsi prosesi davam edir.
ANAMA-nın əməkdaşları yolun kəçəcəyi ərazilərə baxış keçirir, xüsusi avadanlıqlara partlayıcı silahları aşkar edərək məhv edirlər.
Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2 661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1 778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin, bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.Oxu.az


Вернуться назад