Главная > Siyasət / Manset > Ərdoğandan Qarabağla bağlı MÜHÜM AÇIQLAMA

Ərdoğandan Qarabağla bağlı MÜHÜM AÇIQLAMA


28-11-2020, 11:13. Разместил: azadses
“Bu il sadəcə COVID-19 pandemiyası ilə deyil, ondan da sürətlə yayılan islam düşmənçiliyi virusu ilə də mübarizə aparmaq məcburiyyətində qaldıq”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın müsəlman cəmiyyətinə videomüraciətində deyib.
 
O bildirib ki, “islam düşmənçiliyi” virusu yalnız müsəlmanlara deyil, digər inanc sahiblərinə də hədsiz dərəcədə mənfi təsir edir: “Bu düşmənçilik müsəlmanlar qədər Afrikadan, Asiyadan didərgin olanları, digər din mənsublarını da hədəf alır. İŞİD və FETÖ terror təşkilatından heç bir fərqi olmayan ideoloji fanatizmin hətta dövlət başçıları səviyyəsində təbliğ edildiyini görürük. Son zamanlar Fransada fikir azadlığı adı altında həzrəti peyğəmbərimiz haqqında olan alçaqlıqlara sizlər də şahid olursunuz. İnsanların müqəddəs dəyərlərini təhqir etməyin azadlıqla heç bir əlaqəsi yoxdur. Çünki düşüncə ilə təhqir fərqli məsələlərdir. “Qurani-Kərim”i yandıranların havadarları, həzrəti peyğəmbərimizin təhqirinə şərait yaradanlar, məscidlərimizə olan hücumlara kor qalanlar azadlığı deyil, öz içlərindəki faşizmi gizlətmək üçün belə edirlər. Amma özlərinə qarşı ən kiçik tənqidlərə belə dözümsüzlük göstərirlər”.
 
Türkiyə Prezidenti qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanları təfriqələrə uymamağa çağırıb.
 
Ərdoğan qeyd edib ki, Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasının fərqli məkanlarındakı problemlərə qarşı mübarizə yolunu tutub.

Вернуться назад