Главная > Siyasət > Deputat olmaq istəyənlər rekord vurdu

Deputat olmaq istəyənlər rekord vurdu


16-01-2020, 10:57. Разместил: azadses
125 yerə 1534 namizəd qeydə alınıb
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində əldə olunan rəqəmlər indiyə qədər Azərbaycanda keçirilən seçkilərdə rekord rəqəmlərdir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, artıq 1534 namizəd qeydə alınıb.
M.Pənahov bildirib ki, seçkilər müsbət mənada gərgin keçir. M.Pənahov seçkilərin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, mətbuat seçkilərin işıqlandırılmasında mühüm rol oynayır.
MSK sədri vurğulayıb ki, KİV yeganə qurumdur ki, seçkilər dövründə əvvəldən axıra qədər seçki komissiyalarının yanındadır: “KİV-lər heç bir akkreditasiyadan keçmədən əvvəldən axıra qədər seçkiləri müşahidə etmək hüququna malikdir”.




Вернуться назад