Главная > Siyasət > Prezidentdən məişət zorakılığı ilə mübarizəylə bağlı SƏRƏNCAM
Prezidentdən məişət zorakılığı ilə mübarizəylə bağlı SƏRƏNCAM27-11-2020, 17:06. Разместил: azadses |
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. ''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Sərəncamla təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir; Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Вернуться назад |