Главная > Siyasət > ATƏT bundan sonra Qarabağda nə iş görəcəyini AÇIQLADI
ATƏT bundan sonra Qarabağda nə iş görəcəyini AÇIQLADI27-11-2020, 10:20. Разместил: azadses |
Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsinin iştirak etdiyi kontekstdə danışıqların əsası əhəmiyyətli dərəcədə dəyişib. Bundan sonra ATƏT və Şəxsi nümayəndənin öz işini daha səmərəli şəkildə davam etdirməsini ilk növbədə münaqişə tərəfləri ilə müəyyənləşdirmək lazımdır. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Trend-ə ATƏT-dən bildiriblər. Təşkilatdan bildiriblər ki, rusiyalı sülhməramlıların yerləşdirilməsi və atəşkəsə əməl olunması üzrə Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılması hərbi təhlükəsizliyi təmin edəcək: “ATƏT təhlükəsizliyin təmin olunması üzrə təşkilat olmaqla atəşkəs rejimi və böhran idarəçiliyindən tammiqyaslı sülh sazişi və münaqişəsonrası bərpa prosesinə keçiddə rol oynaya bilər. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi tərəflərin razılığı, ATƏT sədrliyinin və ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərliyi ilə zərurət təqdirində fəaliyyətini genişləndirməyə hazırdır. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi maraqlı tərəflərə öz xidmətlərini təklif etməyə, siyasi razılaşmalardan konkret fəaliyyətə keçiddə kömək etməyə, etimadın möhkəmləndirilməsi üzrə razılaşdırılmış tədbirlərin hazırlanması və reallaşdırılmasını dəstəkləməyə hazırdır”. Вернуться назад |