Главная > Siyasət > Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir”
Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir”26-11-2020, 13:14. Разместил: azadses |
Fransanın Azərbaycandakı səfiri Zaxari Qross ''Report''a müsahibəsində Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə layihəsini qəbul etməsini şərh edib. - Senatın dünən qəbul etdiyi, Fransa Xarici İşlər Nazirliyinin mövqeyinə zidd olan qətnaməni necə qiymətləndirirsiniz? - Fransanın hökümət naziri Jan-Batist Lemuan hökumətin Senat qətnaməsinə baxış nöqtəsini açıqlayıb. Fransa hökumətinin mövqeyi dəyişməyib. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır. - Sizcə, bu, münaqişənin həllinin münaqişədən sonrakı mərhələsinə necə təsir göstərə bilər? - Nazir Lemuanın qeyd etdiyi kimi, Senatın qərarı heç bir şəkildə Dağlıq Qarabağa təsir etməyəcək. - Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Senatın bu qətnaməsi Fransanın vasitəçi kimi neytrallığını və balansı itirdiyini şübhə altında qoymurmu? -Yox. Qətnamə Fransanın rəsmi mövqeyini dəyişdirmir. Fransa hökuməti Dağlıq Qarabağ nizamlanmasına tərəfsiz və balanslı yanaşmaya sadiqdir. Вернуться назад |