Главная > Siyasət / Manset > Mövlud Çavuşoğludan Qarabağla bağlı VACİB AÇIQLAMA
Mövlud Çavuşoğludan Qarabağla bağlı VACİB AÇIQLAMA24-11-2020, 11:39. Разместил: azadses |
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağlı bağlı növbəti dəfə açıqlama verib. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, nazir Ermənistanın Qarabağdakı döyüşlər zamanı PKK terrorçularından istifadə etdiyinin sübut olunduğunu bildirib. O, qardaş Azərbaycanın haqq işinə hər zaman kömək edəcəklərini vurğulayıb: "Azərbaycan öz torpaqlarını geri qaytarır. Məcburi köçkünlər öz torpaqlarına geri qayıdacaqlar. Naxçıvanla əlaqə təmin olunacaq. Biz də bu haqları qorumaq üçün meydanda olacağıq". M. Çavuşoğlu ATƏT-in Minsk Qrupunun bu məsələdəki ətalətini də diqqətə çatdırıb. Вернуться назад |