Главная > Siyasət > Ermənilər itkin düşən 100-dən çox əsgərin əsirlikdə olduğunu güman edir

Ermənilər itkin düşən 100-dən çox əsgərin əsirlikdə olduğunu güman edir


23-11-2020, 17:09. Разместил: azadses
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibədə itkin düşmüş hərbçilərlə bağlı qurumlararası komissiyanın yaradılması barədə qərar imzalayıb.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin köməkçisi Nairi Sarkisyan itkin düşmüş hərbçilərin yaxınları ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, bu gün baş nazir itkin düşmüş hərbçilərlə bağlı genişləndirilmiş iclas keçirib.

Erməni hüquq müdafiəçisi Siraniş Saakyan bildirib ki, onların təxminlərinə görə, itkin hesab edilən əsgərlərdən bəziləri əsir düşüblər. O, hazırda Azərbaycan tərəfdə Ermənistanın 100-dən çox əsgərinin əsir oluğunu ehtimal edib.


Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin (MN) binası qarşısında etiraz aksiyası keçirirlər.

Вернуться назад