Главная > Siyasət > Putin Ermənistana xəbərdarlıq etdi: "Saziş pozulsa, müharibə olacaq"

Putin Ermənistana xəbərdarlıq etdi: "Saziş pozulsa, müharibə olacaq"


21-11-2020, 10:35. Разместил: azadses
“Moskva, Bakı və Yerevan arasında imzalanmış üçtərəfli sazişin icrasına mane olmağa cəhd edənlər başa düşməlidirlər ki, bu sənədin alternativi müharibədir”.
''Azad Səs'' BAXAR.AZ-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qarabağda sülhməramlı missiyanın fəaliyyətinə dair keçirdiyi iclasda bildirib. Putin “Üçtərəfli bəyanatın imzalanmasına mane olmaq tendensiyası barədə burada deyilən sözlər mənim üçün gözlənilməz oldu. Bunu edən adamlar başa düşməlidir ki, bu sənədin alternativi yalnız müharibədir. Əgər bu baş versə, tökülən qan bu adamların boynunda qalacaq. Bunu hamı başa düşməli və özünə hesabat verməlidir”-deyib. Xatırladaq ki, İrəvanda sazinin ləğvi və Baş nazir Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir.

Вернуться назад