Главная > Siyasət > Erməni deputatdan xəbərdarlıq: "Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır"

Erməni deputatdan xəbərdarlıq: "Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır"


21-11-2020, 08:07. Разместил: azadses
“Çox sadə səbəbdən müxalifətin mitinqlərində iştirak edə bilmirəm: aksiyanın başlanmasından saat yarım əvvəl məni (polisə-red) dindirməyə çağırırlar.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə “168.am”a müsahibəsində "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan bildirib.
"Onlar (Ermənistan hakimiyyəti - red) hər şeydən daha çox Sarukyanın xalqla görüşə biləcəyindən qorxurlar. Amma Sarukyandan qorxmaq lazım deyil. Onlar öz siyasətlərindən qorxmalıdır, Qarabağ müharibəsində biabırçı məğlubiyyətlərindən qorxmalıdır”, - müxalif siyasətçi deyib.
Qaqik Sarukyan qeyd edib ki, Ermənistan hakimiyyəti dünya ermənilərindən də çəkinməlidir. “Qoy həlak olmuş və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar", - o vurğulayıb.

Вернуться назад