Главная > Siyasət > Cavanşir Feyziyev Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını TƏKLİF ETDİ
Cavanşir Feyziyev Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını TƏKLİF ETDİ20-11-2020, 13:53. Разместил: azadses |
“Münaqişə prosesi ərzində Fransa mediasında hadisələri obyektiv şərh edən siyasətçi və jurnalistlərə qarşı ciddi təzyiqlər var”. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Cavanşir Feyziyev deyib. O, bütün bu təzyiqlərə son veriləcəyinə ümid etdiyini də bildirib: "Fransanın münaqişə ilə bağlı qızışdırıcılıq siyasəti qəbuledilməzdir. Təklif edirəm ki, Minsk qrupuna daxil olan Fransanın başqa bir dövlətlə əvəz olunması üçün Azərbaycan dövləti müraciət etsin". Вернуться назад |