Главная > Siyasət > Xocavəndin bu kəndinin adı dəyişdirildi

Xocavəndin bu kəndinin adı dəyişdirildi


20-11-2020, 12:39. Разместил: azadses
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Вернуться назад