Главная > Siyasət > Erməni general: “İlk 5 gündə 1 500 fərrarimiz var idi”
Erməni general: “İlk 5 gündə 1 500 fərrarimiz var idi”19-11-2020, 15:30. Разместил: azadses |
“Müharibənin 5-ci günündə artıq 1 500 əsgər fərrarilik edib qaçmışdı”. ''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib. “Biz onları təcrid edib Ermənistana getməklərinin qarşısını kəsdik ki, ora gedib panika yaymasınlar”, - general-polkovnik əlavə edib. Xatırladaq ki, ötən gün M.Akopyan Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa verib. Вернуться назад |