Главная > Siyasət > Ermənilər Ağdamı da tərk edərkən evləri yandırırlar - VIDEO
Ermənilər Ağdamı da tərk edərkən evləri yandırırlar - VIDEO19-11-2020, 10:53. Разместил: azadses |
Ağdamda qanunsuz məskunlaşan ermənilər oranı tərk edərkən mağaza və evləri yandırırlar. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb. Kənddən çıxan Armen adlı sakin agentliyə öz ərzaq mağazası, daha sonra isə evini yandıracağını söyləyib: “Sabahadək (noyabrın 19-dək - red.) getməyə vaxt verdilər. Hər şeyi aparmaq imkanı yoxdur. Ona görə indi ən doğrusu bunları yandırmaqdır. Türklərə heç nə saxlamayacağam”. O qeyd edib ki, Boyəhmədli kəndində 10 il öncə məskunlaşıb. Xatırladaq ki, ermənilər Kəlbəcəri də tərk edərkən oradakı evləri yandırır, ətraf mühitə ziyan verir. Вернуться назад |