Главная > Siyasət > Rusiya XİN başçısının müavini Dağlıq Qarabağın statusu ilə bağlı məsələdən danışdı
Rusiya XİN başçısının müavini Dağlıq Qarabağın statusu ilə bağlı məsələdən danışdı18-11-2020, 12:12. Разместил: azadses |
“Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. "Ümid edirik ki, bu, yeni dalğaya gətirib çıxarmayacaq” deyən rusiyalı diplomatın Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddətinin mövcud olub-olmaması ilə bağlı suala cavabı isə belə olub: “Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssasdır”. Вернуться назад |