Главная > Siyasət > Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın”
Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın”16-11-2020, 14:22. Разместил: azadses |
Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir. ''Azad Səs'' Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər. “Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, - valideynlərdən biri söyləyib. Digər bir valideynin sözlərinə görə, oğlu ilə birgə bütöv tabor Martuni-Cəbrayıl arası istiqamətdə itkin düşüb. Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb. Вернуться назад |