Главная > Siyasət > Türk əsgəri Qarabağa gəlir - Türkiyəli deputatdan AÇIQLAMA

Türk əsgəri Qarabağa gəlir - Türkiyəli deputatdan AÇIQLAMA


16-11-2020, 13:07. Разместил: azadses
“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın  Azərbaycanla bağlı Böyük Millət Məclisinə göndərdiyi sənəd sabah müzakirəyə çıxarılacaq”.

''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Türkiyəli deputat qeyd edib ki, sabah TBMM-nin millət vəkilləri hərbi qoşunlarla bağlı məsələni müzakirə etdikdən sonra yekun nəticə açıqlanacaq.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanla bağlı sənədi Böyük Millət Məclisinə göndərib.
Sənəd Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsini nəzərdə tutur. 

Вернуться назад