Главная > Siyasət > “Bəzilərinin təxtibat xarakterli lüzumsuz manipulyasiya cəhdləri yersiz və qərəzlidir” – Adil Əliyev

“Bəzilərinin təxtibat xarakterli lüzumsuz manipulyasiya cəhdləri yersiz və qərəzlidir” – Adil Əliyev


16-11-2020, 11:33. Разместил: azadses
“Gələcəkdən qorxmayın, bədbin olmayın, nikbin olun, nikbinlik böyük insanların sərvətidir”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.
 
A.Əliyev xatırladıb ki, noyabrın 10-da imzalanmış birgə bəyanatın tələblərindən biri orada qanunsuz yaşayan ermənilərin noyabrın 15-dək Kəlbəcərdən çıxarılması idi, lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın noyabrın 25-dək uzadılması üçün müraciət edib: “Azərbaycan dövləti bu müraciətdə göstərilən hava şəraitinin pisləşməsini, o istiqamətdə mövcud olan yeganə yolun ötürücülük qabiliyyətinin aşağı olmasını nəzərə alaraq, Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Bununla belə, Ermənistan silahlı qüvvələrinin noyabrın 20-də Ağdamdan, dekabrın 1-dək isə Laçından çıxarılması ilə bağlı şərtlər qüvvədə qalır”.
 
MM sədrinin müavini bildirib ki, bəzi maraqlı dairələrin bu məsələ ilə bağlı təxtibat xarakterli lüzumsuz manipulyasiya cəhdləri yersiz və qərəzlidir: “Allah şəhidlərimizin ruhunu şad eləsin, yaxınlarına səbr, yaralılarımıza tezliklə şəfa versin..!”
Qarabağ bizimdir..! Qarabağ Azərbaycandır..! Yaşasın Silahlı Qüvvələrinin Ali Baş Komandanı..! Yaşasın Azərbaycan Ordusu..!

Вернуться назад