Главная > Siyasət / Manset > MN: Kəlbəcərə yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir
MN: Kəlbəcərə yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir15-11-2020, 14:17. Разместил: azadses |
“Tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan insanların çıxarılmasından sonra oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir”. ''Azad Səs'' xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusu bu missiyanı bu gün yerinə yetirməyə hazırdır: “Artıq əhalinin tərk etmə prosesi baş tutur. Azərbaycan Müdafiə Nazirliyi yüksək texnologiyaya malikdir. Heç bir təxribata yol verilmir”. Вернуться назад |