Главная > Siyasət > BMT-nin İnsan Hüquqları Şurasının iddiaları həqiqətə uyğun deyil - Türkiyə XİN
BMT-nin İnsan Hüquqları Şurasının iddiaları həqiqətə uyğun deyil - Türkiyə XİN14-11-2020, 16:40. Разместил: azadses |
"BMT-nin İnsan Hüquqları Şurasının Xüsusi Prosedurlar Mexanizminin açıqlamasındakı iddialar əsassızdır, tamamilə həqiqətdən uzaqdır. Bu feyk xəbərlərin yayılmasının səbəbi diqqəti Ermənistanın işğalçılığından yayındırmaq və saxta "beynəlxalq terrorizmlə mübarizə aparan məzlum ölkə" imici yaratmaq cəhdidir. Ermənistanın Suriya Milli Ordusu hərbçilərinin görüntülərini videoya çəkərək saxta "dəlil" kimi internetdə yaydığı sübut olunub. Bu saxta videolar və pul qarşılığında danışdırılan şəxslərin sözləri inandırıcı deyil". ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun deyib. Nazirliyin sözçüsü deyib ki, Türkiyə tərəfinin fikrini öyrənmədən qara təbliğat olan saxta görüntülər və informasiyalar əsasında yayılan mətbuat açıqlaması BMT-nin Xüsusi Prosedurlar Mexanizminin etibarlılığını zədələyib. Bu mexanizmdən gözlənilən tərəf tutan açıqlamalar əvəzinə şəffaf araşdırmalara və bütün tərəflərin mövqeyinə əsaslanan rəy verməkdir. Türkiyə XİN-in açıqlamasında qeyd olunur ki, Ermənistanın Suriyadan gətirdiyi PKK/YPG terrorçularını Qarabağda yerləşdirdiyi və onlardan istifadə etdiyi hər kəsə məlumdur. Hətta adları tərəfimizdən bilinən çoxlu sayda PKK terrorçusu hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib. Ermənistanın Baş naziri Paşinyanın da etiraf etdiyi kimi, erməni diaspor təşkilatları üçüncü ölkələrin vətəndaşları olan erməniləri Qarabağdakı döyüşlərə cəlb ediblər. Biz gözləyirdik ki, bu məlumat xüsusi məruzəçilər tərəfindən araşdırılacaq və onların bəyanatlarında əks olunacaq. O bildirilib ki, BMT-nin Xüsusi Prosedurlar Mexanizminin açıqlamasında qeyd edilən mülki əhalinin atəşə tutulmasını həyata keçirən əslində Ermənistandır. Baş nazir Paşinyanın hərbi müşavirinin dediyi kimi, Ermənistan əhali arasında xaos yaratmaq məqsədilə Azərbaycana qarşı qadağan olunmuş kasetli bombalardan istifadə edib və müharibə cinayətləri törədib. Bütün bunlar "Human Rights Watch" və "Amnesty International" təşkilatları tərəfindən də təsdiqlənib. Вернуться назад |