Главная > Siyasət > Rusiya sülhəramlılarının komandiri: "Vəziyyət sabitləşir"

Rusiya sülhəramlılarının komandiri: "Vəziyyət sabitləşir"


14-11-2020, 16:17. Разместил: azadses
"Qarabağ münaqişəsi bölgəsində əldə edilən atəşkəs razılaşmasına əməl olunur, toqquşma yoxdur".

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandiri genetral-leytenant Rüstəm Muradov video müraciətrində bildirib.

O deyib: “Üç dövlətin rəhbəri tərəfindən imzalanaraq noyabrın 10-da saat 00-dan qüvvəyə minmiş razılaşmalar bu gün tam şəkildə yerinə yetirilir. Əsas odur ki, təmas ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, atəş səsləri gəlmir, vəziyyət yavaş-yavaş sabitləşir”.


Вернуться назад