Главная > Siyasət > “Azərbaycanın Rusiyadakı səfirinin ya dünyadan xəbəri yoxdur, ya da...”
“Azərbaycanın Rusiyadakı səfirinin ya dünyadan xəbəri yoxdur, ya da...”14-11-2020, 11:26. Разместил: azadses |
“Vətən Müharibəsinin qızğın vaxtı, əsgərlərimiz canları-qanları hesabına düşməni iti qovan kimi qovanda, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qarabağ ermənilərinə status verməkdən bəhs edirdi. O vaxt Azərbaycanın Rusiyadakı səfiri də dedi ki, ermənilər atəşi dayandırsın, biz "Dağlıq Qarabağa" muxtariyyat statusu verəcəyik... Amma sonra Ali Baş Komandan açıq bəyan etdi ki, status məsələsi yoxdur, status cəhənnəmə getdi, gorbagor oldu!” ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu filoloq alim, Nazirlər Kabinetinin Mətbuat xidmətinin sabiq rəhbəri Akif Əli deyib. A.Əli xatırladıb ki, atəşkəs razılığı imzalananda yenə S.Lavrov deyib ki, Qarabağda ancaq Rusiya qoşunu olacaq, ora Türkiyə gələ bilməz: “Azərbaycanın Rusiyadakı səfiri də qayıtdı ki: "Dağlıq Qarabağa Türkiyə sülhməramlıları yeridilməyəcək"... Amma sonra Hulusi Akarla Sergey Şoyqu saziş imzaladı ki, Qarabağda Rusiya ilə birgə Türkiyə hərbçiləri də proseslərə nəzarət edəcək. Nəhayət, Rusiyaya məxsus helikopterlə baş verən hadisəni Azərbaycan tərəfi təsadüfi adlandırıb üzrxahlıq etdi, səbəbini araşdırmaq üçün cinayət işi açıldı... Azərbaycanın Rusiyadakı səfiri isə dedi ki, əşi "на войне как на войне" da, yəni müharibədir də, vurmuşuq-vurmuşuq, nə olsun, müharibədə belə şeylər olur... Amma sonra Kreml bunun cavabında dedi ki, biz Bakının üzrxahlığını və etirafını qəbul etmişik, əgər səfirin dediyi kimi, olayı “müharibə qaydalarına uyğun" qəbul etsəydik, cavabımız çox sarsıdıcı olacaqdı... Qəribədir, Azərbaycanın Rusiyadakı səfirinin ya dünyadan xəbəri yoxdur, ya da ruhu həmişəki kimi Azərbaycan xalqının və dövlətinin mənafeyinə yox, özünün və yadların kefinə uyğun oxuyur... Elə isə... Nə isə!” Вернуться назад |