Главная > Siyasət > Səfir: "Rusiya - Azərbaycan münasibətləri çox yüksək səviyyədədir"
Səfir: "Rusiya - Azərbaycan münasibətləri çox yüksək səviyyədədir"12-11-2020, 17:13. Разместил: azadses |
“Rusiya - Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bu da prezidentlərimiz arasındakı işgüzar tərəfdaşlıq münasibətləri ilə şərtlənir. İki ölkənin xarici işlər nazirlikləri, səfirlikləri arasında yaxın təmaslar var. Qarşıya çıxan bütün problemləri dostca, tərəfdaş kimi yoluna qoyuruq. Hər bir problemi açıq danışırıq”. ''Report''-un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı bildirib. “İqtisadi gündəmə dair deyə bilərəm ki, 2018-ci ildə Soçidə hər iki prezidentin də iştirakı ilə 18-dən artıq iqtisadi sənəd imzalanıb. İqtisadi inkişaf sahəsinə dair belə həcmdə hüquqi baza heç bir başqa MDB ölkəsi ilə yaradılmayıb”, - səfir qeyd edib. Вернуться назад |