Главная > Siyasət > Türkiyə prezidenti: "Azərbaycanla ortaq gələcəyimizi birgə quracağıq"

Türkiyə prezidenti: "Azərbaycanla ortaq gələcəyimizi birgə quracağıq"


11-11-2020, 14:29. Разместил: azadses
“Qarabağın yenidən Azərbaycan yurdu halına gəlməsi ilə hamısını rəhmətlə yad etdiyimiz Məhəmməd Əmin Rəsulzadənin, Ənvər paşanın, Nuri paşanın, Zeynalabidin Tağıyevin, Hüseyn Cavidin, Əhməd Cavadın, Heydər Əliyevin ruhu şad olub”.
''Azad Səs'' xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Azərbaycanlı qardaşlarımızın sevinci sevincimiz, qürurları qürurumuzdur. Bundan sonra Azərbaycanla daha yaxın və güclü əməkdaşlığımız olacaq, ortaq gələcəyimizi birgə quracağıq”, - o vurğulayıb.Report

Вернуться назад