Главная > Siyasət > "Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır” - Hikmət Hacıyevdən Fransanın rəsmi qurumlarına xatırlatma
"Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır” - Hikmət Hacıyevdən Fransanın rəsmi qurumlarına xatırlatma11-11-2020, 12:16. Разместил: azadses |
Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H. Hacıyev sözlərinə belə davam edib: “Görəsən, bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir. Fransanın rəsmi qurumlarına onu da xatırlatmaq istərdim ki, Azərbaycanın tarixi şəhəri olan və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır”. Вернуться назад |