Главная > Siyasət > Paşinyan Baydendən də kömək istədi

Paşinyan Baydendən də kömək istədi


9-11-2020, 09:06. Разместил: azadses
Ermənistan baş naziri Nikol Paşinyan Co Baydenin prezident seçilməsilə bağlı təbrik məktubu göndərib.
Redaktor.az-ın məlumatına görə, Paşinyan məktubda Baydeni bir cümlə ilə təbrik etdikdən sonra məktubun əsas hissəsində Qarabağdan danışıb və kömək istəyib. Paşinyan Bu dəfə də özünə məxsus yalanları məktubda ifadə etməyə çalışıb və müharibənin dayandırılması üçün ABŞ-ın rolunu xüsusi qeyd edib:
"Ümid edirəm ki, müharibəni dayandırmaq və problemi hərtərəfli həll etmək üçün aktiv addımlar atacaqsınız".
Qeyd edək ki, Co Baydenin prezident seçkilərində qələbə qazanması hələ rəsmi olaraq təsdiqlənməyib. Bir sıra ABŞ mediası Baydenin seçkilərdə qalib gəldiyini bildirib. //Trend


Вернуться назад