Главная > Siyasət > Şuşa belə azad edildi: Xüsusi təyinatlılar gecə meşəlikdən şəhərə daxil olub

Şuşa belə azad edildi: Xüsusi təyinatlılar gecə meşəlikdən şəhərə daxil olub


9-11-2020, 08:32. Разместил: azadses
“Fransanın Le Monde qəzetinin Xankəndidəki reportyoru yazır ki, Şuşadan gələn yaralılarda əsasən güllə və bıçaq yaralarıdır. Özü də avtomat və ya karabin yox, tapança güllələrinin yaraları”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu yazıb.
 
Onun sözlərinə görə, bu o deməkdir ki, Şuşa şəhəri birbaşa təmas döyüşündə, əlbayaxa döyüşlərdə azad olunub: “Yəni xüsusi təyinatlılarımız tiqranoidlərlə şir kimi vuruşublar. "Hücum zamanı azərbaycanlılar döyüş meydanında yaralı və ölü qoymayıblar. Özləri ilə dağa, şəhərə qaldırıblar. Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olublar.
 
Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və "Türmə"ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki plasdarmı genişləndirməyə başlayıblar.
 
Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi-Şuşa yolunu nəzarətə götürüblər. Noyabrın 3-dən 4-nə keçən gecə şəhərə girən xüsusi təyinatlılarımız 2 sutka döyüşüblər. Zirehli texnikası, topsuz, aviasiyasız.
 
Noyabrın 6-da, axşam saatlarında ordumuzun motoatıcı hissələri özlərini çatdırıblar. Noyabrın 7-də şəhər düşməndən təmizlənib. Düşmənin bir neçə əks-hücum cəhdi heç bir nəticə verməyib. Şuşa belə azad olundu. Var olsun Vətən!”.

Вернуться назад