Главная > Siyasət / Manset > Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub


9-11-2020, 08:21. Разместил: azadses
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Bu barədə ''Azad Səs'' Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Вернуться назад