Главная > Siyasət > Düşmən Ağdamı atəşə tutub, evə və mağazaya ziyan dəyib

Düşmən Ağdamı atəşə tutub, evə və mağazaya ziyan dəyib


8-11-2020, 10:58. Разместил: azadses
Cəbhədə gərgin döyüşlər davam edir.
Bu barədə ''Report''un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Noyabrın 8-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun Xındırıstan kəndini atəşə tutub.
Düşmən yenə də dinc sakinləri hədəfə alıb. Belə ki, ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Xındırıstan kənd sakini Elmaz Eyvazovun mağazasına, digəri isə kənd sakini Bəhruz Cəfərovun evinə düşüb.
Nəticədə mağazaya, evə və “BMW” markalı avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Вернуться назад