Главная > Siyasət > Ermənilər Xankəndindən qaçır

Ermənilər Xankəndindən qaçır


8-11-2020, 10:17. Разместил: azadses
Ermənilər Azərbaycanın işğal altında olan Xankəndi şəhərini tərk etməyə davam edir.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb. Nəşrin hərbi dairələrdəki mənbəyi bildirib ki, yaxınlıqdakı şəhərlərdə də vəziyyət gərgin olaraq qalır. Artıq bütün qadınlar və uşaqlar şəhərdən çıxarılıb.
Bir neçə gün öncə özünü Xankəndinin “mer”i kimi təqdim edən David Sarkisyan da “Sputnik Ermənistan”a açıqlamasında bildirmişdi ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb. İndi isə bu rəqəm 17 min və ya əhalinin təxminən 30% -ni təşkil edir.
Xankəndinin boşaldılması, rəsmilərin ərazini tərk etməsi Ermənistan cəmiyyətində, habelə silahlı qüvvələrin şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb.
Xatırladaq ki, qondarma rejimdə “vəzifə” tutan 9 şəxs də Xankəndini tərk etmişdi. Araik Arutyunyan bu cür fərarilərə qarşı “sərt tədbirlərin görüləcəyini” bildirmişdi.


Вернуться назад