Главная > Siyasət > Məsciddə donuz saxlayan ermənilər üçün müqəddəs heç nə yoxdur - VIDEO

Məsciddə donuz saxlayan ermənilər üçün müqəddəs heç nə yoxdur - VIDEO


6-11-2020, 16:59. Разместил: azadses
“Birinci Qarabağ müharibəsi zamanında da ermənilər məscidlərimizi məhv edirdilər. Bu, erməni rejiminin mahiyyətidir. Onlar tarix boyu bu müharibəni dini müstəviyə çəkmək istəyiblər və indi də xristian-müsəlman savaşı kimi təqdim edirlər. Halbuki bizim heç zaman heç kimlə dini zəmində münaqişəmiz olmayıb. Azərbaycan həmişə ədalət və haqq mövqeyində dayanıb”.
Bu sözləri ''Report''-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ermənilərin məscidlərdə donuz saxlamasından danışarkən deyib.
O, müxtəlif dinlərin təmsilçilərinə yanaşma tərzində Azərbaycanla Ermənistan arasındakı fərqin göz önündə olduğunu bildirib:
“Ölkəmizin ərazisində hər zaman müxtəlif din təmsilçiləri dinc şəraitdə yaşayıblar. Bildiyiniz kimi Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sineqoqlar dövlət tərəfindən qorunur və inşa edilir. Ölkəmizdə hətta katolik kilsəsi də inşa edilb. Bundan əlavə, Bakıda erməni kilsəsi dövlət səviyyəsində qorunur. Onlar isə tarix boyu torpaq işğalı ilə yanaşı, mənəvi işğala da əl atıblar və bizim dini abidələrimizi təhqir ediblər. Həmin abidələr təkcə bizə deyil, bütün İslam dünyasına məxsusdur və İslam mədəniyyətinin inciləridir. Ermənilər həmin məscidlərə, ziyarətgahlara qarşı amansız rəftar göstərirlər. Bu, onların mahiyyətindən xəbər verir və göstərir ki, ermənilər üçün müqəddəs heç nə yoxdur. Onların işğalçılıq siyasətləri tarix boyu bütün istiqamətlər üzrə həyata keçirilib və bu gün də həyata keçirilməkdədir”.
Ş.Həsinlinin sözlərinə görə, ermənilər ətrafdakı bütün ölkələrə ərazi iddiaları irəli sürüb və digər xalqları özlərindən aşağı hesab ediblər:
"Son dövrlərdə də döyüş meydanında olan məğlubiyyətlərini dinc əhaliyə, dini abidələrə hücum etməklə kompensasiya etməyə çalışırlar. Bu, onların dözümsüz xislətindən qaynaqlanır və ermənilərin qəddarlıq və məğlubiyyətlərinin göstəricisidir. Baş verənlər göstərir ki, onlar heç bir xalqla dinc və yanaşı yaşamaq istəmirlər. Azərbaycan isə dəfələrlə bəyan edib ki, hətta ərazilərimiz işğaldan azad olunduqdan sonra da orada yaşayan ermənilərin hüquqlarını təmin etməyə və onların mədəni, dini haqlarını qorumağa hazırdır. Buna Azərbaycan hökuməti zəmanət verib. Ermənistan isə monoetnik dövlətdir və öz ərazisində etnik təmizləmə siyasəti aparıb”.



Вернуться назад