Главная > Siyasət > "Düşmənin döyüşəcək əsgəri qalmayıb" - Millət vəkili

"Düşmənin döyüşəcək əsgəri qalmayıb" - Millət vəkili


5-11-2020, 16:23. Разместил: azadses
“Ermənistan tərəfi Azərbaycan Ordusunun bu qədər irəliləyəcəyini, işğal altında olan ərazilərin qaytarılacağını gözləmirdi. Onlar özlərini mğlubedilməz, güclü hesab edirdilər. Amma ordumuz bu düşüncəni qısa zamanda alt-üst etdi. Artıq demək olar ki, əllərində nə texnikaları, nə də döyüşəcək adam qalıb. Xaricdən gətirilən terrorçuların da çox hissəsi də məhv edilib”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Naqif Həmzəyev deyib. O, düşmənin məğlubiyyətlə barışmaq istəmədiyini bildirib:
“Ermənistanın hazırki siyasi və hərbi rəhbərliyi öz hakmiyyətlərini qorumağa çalışırlar. Onlar mülkü əhalini, döyüşə yararsız şəxsləri, qadınları müharibəyə cəlb edirlər. Təbii ki, həmin şəxslərin döyüş təcrübəsi yoxdur. Bunu Ermənistan rəbərləri də yaxşı bilir. Lakin onlar qəsdən, öz hakmiyyətlərini qorumaq üçün həmin şəxsləri qurban verirlər. Bu, Ermənistan hakimiyyətinin nə qədər cinayətkar olduğunu göstərir”.
Millət vəkili birinci Qarabağ savaşında olan hadisələrdən də danışıb:
“Birinci Qarabağ savaşında Ermənistan tərəfi öz havadarlarının köməyi ilə işğalçılıq siyasəti aparıb, Azərbaycan ərazilərini qanunsuz şəkildə zəbt etdi. O vaxt vəziyyət başqa idi. Azərbaycan indiki kimi güclü deyildi. Bu gün bizim güclü ordumuz, dövlətimiz var. Ermənistan artıq qarşımızdan qaçmağa başlayıb. Qondarma rejimin rəhbəri də günlərdir ki, üzə çıxmır”.
N.Həmzəyev bildirib ki, regionda sülhün bərpası üçün işğalçı Ermənistanın Dağlıq Qarabağı boşaltmalıdır:
“Bizim üçün regionda sülhün olması vacib məsələdir. Dövlət başçısı da öz çıxışlarında Azərbaycanın sülh isədiyini dəfələrlə vurğulayıb. Bölgədə də sülhün tək qarantı Azərbaycan Ordusu ola bilər. Torpaqlar azad olunduqdan sonra regionumuz inkişafa doğru gedəcək. Regionun inkişafı üçün bu münaqişə sona çatmalıdır. Məhz ona görə biz əks-hücuma başladıq. Beynəlxalq hüquq da Azərbaycanın haqlı davasını dəstəkləyir”.

Вернуться назад