Главная > Siyasət > Ordumuz hər an Şuşaya daxil ola bilər - DÜŞMƏN GERİ ÇƏKİLİR
Ordumuz hər an Şuşaya daxil ola bilər - DÜŞMƏN GERİ ÇƏKİLİR5-11-2020, 15:12. Разместил: azadses |
"Ordumuz hazırda qarşıya qoyulan tapşırıqları tam şəkildə yerinə yetirərək, işğal altında qalan digər şəhər və rayonlarımıza doğru irəliləyir". ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Şair Ramaldanov cəbhədə gedən döyüşlərlə bağlı danışarkən deyib. O bildirib ki, döyüşlər plan əsasında davam edir: “Hazırda döyüşlərin daha ağır keçən hissəsindəyik. Hava şəraiti, düşmənin dağlıq ərazilərə çəkilməsi vəziyyəti çətinləşdirir. Dünən azad olunan 7 kənd təxminən 50 km ərazini əhatə edirdi. Ərazinin çətinliyini nəzərə alsaq, bu, kifayət qədər böyük rəqəmdir. Hər bir kəndin, qəsəbənin işğaldan azad edilməsi, bizi Şuşaya, Laçına, Kəlbəcərə daha da yaxınlaşdırır. Düşmən də artıq demək olar ki, bütün gücünü itirib. Yayılan məlumatlarda da onların ağır itkilər verərək geri çəkildiyi bildirilir. Hesab edirəm ki, yaxın zamanlarda bu əməliyyatlar uğurla yekunlaşacaq və biz o torpaqlara geri dönəcəyik. Qələbə bizimdir!” Вернуться назад |