Главная > Siyasət > Ermənilər Rusiyanın cavabından pərt oldular
Ermənilər Rusiyanın cavabından pərt oldular5-11-2020, 14:59. Разместил: azadses |
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktuba qarşı tərəfdən gələn cavab İrəvanın pərtliyinə səbəb olub. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakayan jurnalistlərin bu barədə sualına həvəssiz və ümumi cavab verib. “Bu istiqamətdə lazımi işlər görülür. Hazırda çox şey deyə bilmərəm. Ancaq müttəfiqlik münasibətlərimizə və onlardan irəli gələn funksiyalara gəldikdə, lazım olan hər şey edilir", - deyə erməni nazir bildirib. Mnasakanyanın mövzu barədə ümumi və könülsüz danışması göstərir ki, Kremlin cavabı İrəvanı qane etməyib. Erməni nazir bunun ardınca Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın səylərini artırmasının vacibliyindən danışıb. Bununla da Paşinyan hökumətinin Rusiya və Qərb arasında vurnuxduğunu göstərir. Paşinyan oktyabrın 31-də Putinə məktub yazaraq Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün Rusiyanın ona göstərə biləcəyi köməyin növünü və həcmini təyin etmək məqsədilə məsləhətləşmələrə başlamağı xahiş etmişdi. O, məktubunda Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixdə imzalanan müqaviləni xatırlatmağı da unutmamışdı. Bu müqavilənin ikinci bəndində tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətlər nəzərdə tutulur. Putin Paşinyanın məktubuna Xarici İşlər Nazirliyi (XİN) vasitəsilə cavab vermişdi. Kremlin cavabı əvvəlkilərdən fərqlənməmişdi. Moskva bu dəfə Paşinyana müharibənin Azərbaycan ərazisində getdiyini xatırladaraq, Rusiyanın yalnız Ermənistana təhlükə olacağı təqdirdə öhdəliklərini yerinə yetirə biləcəyini bildirmişdi. Вернуться назад |