Главная > Siyasət > Ermənistanı daha çətin günlər gözləyir - İRƏVANDA ÜSYAN...

Ermənistanı daha çətin günlər gözləyir - İRƏVANDA ÜSYAN...


5-11-2020, 10:08. Разместил: azadses
Ermənistan təkcə cəbhədə yox, iqtisadiyyat və siyasi sahələrdə də gücünü itirməyə davam edir. Nikol Paşinyan çıxış yolu kimi dünya liderlərindən kömək istəsə də, uzatdığı əl havada qalır. Mövcud vəziyyətin nə vaxta kimi davam edəcəyi isə sual altındadır.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, politoloq Rusif Məmmədsoy açıqlamasında bildirib ki, Ermənistanın iqtisadi vəziyyəti deyilən bir anlayış ümumiyyətlə yoxdur:
"Nə iqtisadiyyatı, nə hərbi texnika resursu, nə də orduda döyüşə biləcək əsgəri var. Sadəcə xarici ianələr hesabına, erməni lobbisinin maliyyə dəstəyi hesabına ayaqda qalırlar.
Ermənistanın hərbi durumuna gəldikdə isə, hazırda cəbhədəki proseslərə qısa nəzər yetirmək kifayət edir. Ölkə başçısı əksər çıxışlarında bir məsələyə xüsusi diqqət çəkir ki, Ermənistanda bu qədər pul hardandır ki, onlar silah-sursatını məhv etməklə bitmir. Ordumuz düşmənə məxsus bir neçə "S-300"-ləri sıradan çıxarıb ki, birinin qiyməti 100 milyon dollardan bahadır".

Вернуться назад