Главная > Siyasət > Müdafiə Nazirliyindən Xocavənd açıqlaması
Müdafiə Nazirliyindən Xocavənd açıqlaması4-11-2020, 12:57. Разместил: azadses |
Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır. Bu barədə ''Azad Səs'' -ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir: "Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir". Вернуться назад |