Главная > Siyasət / Manset > Kamran Əliyev: “Füzulidə bayraq sancmağa yer qalmamışdı”
Kamran Əliyev: “Füzulidə bayraq sancmağa yer qalmamışdı”4-11-2020, 11:00. Разместил: azadses |
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev noyabrın 3-də Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyinə müsahibə verib. ''Azad Səs'' xəbər verir ki, müsahibəsi zamanı Baş prokuror Azərbaycan Qoşunlarının Füzuliyə daxil olarkən bayraq sancmağa salamat bina tapa bilmədiyini deyib. "Hərbçilərimiz orada bayraq sancmağa bir yer tapmadı, çünki salamat bina yox idi. SSRİ dövründə böyük bir şəhər olan Füzulidən geriyə yerlə yeksan edilmiş şəhər qalmışdı. Zəngilanda isə, yeganə dağıdılmamış bina hərbi qulluqçuların uşaqları üçün nəzərdə tutulmuş məktəb binası idi…”, - o əlavə edib. “ Вернуться назад |