Главная > Siyasət > MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub


4-11-2020, 09:15. Разместил: azadses
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
''Azad Səs'' xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub", - məlumatda qeyd olunub.

Вернуться назад