Главная > Siyasət > "Rusiya artıq İrəvanın təxribatçı davranışlarından bezib" - POLİTOLOQ

"Rusiya artıq İrəvanın təxribatçı davranışlarından bezib" - POLİTOLOQ


4-11-2020, 08:38. Разместил: azadses
“Nikol Paşinyan istəyir ki, Rusiya ordusu Dağlıq Qarabağda onların əvəzinə vursuşsun, sonra da o, qələbəni öz adına çıxarıb, özünü Ermənistanda qəhrəman elan etsin". 
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, N.Paşinyan 90-cı illərdə yaşanan hadisələri təkrarlamağa çalışır:
“Döyüşlər başladığı gündən N.Paşinyan hər yolla çalışır ki, Rusiyanı bu münaqişəyə cəlb etsin. Hətta təkcə cəlb etmək yox, birbaşa onların əvəzinə vuruşsun. Lakin Rusiya bunun fərqindədir və Ermənistanın oynuna gəlmir. Rəsmi Moskva və Putin açıq şəkildə mövqeni ortaya qoyub, Ermənistanın bu ssenarisinin onları qane etmədiyini bildirir. Əslində Rusiya artıq İrəvanın hiyləgər, təxribatçı davranışlarından bezib.
Həmçinin, Rusiya üçün Azərbaycanla əlaqələr daha önəmlidir, nəinki Ermənistanla. Ötən il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 3 milyard manatdan çoxdur. Əlbəttə ki, iqtisadi və siyasi maraqlar burada çox böyük önəm daşıyır. Bu baxımdan hesab edirəm ki, Rusiya heç bir halda Ermənistanın, xüsusilə N.Paşinyanın istəklərinə müsbət reaksiya verməyəcək”.

Вернуться назад