Главная > Siyasət > Leyla Abdullayeva: “Ermənistan Cenevrədə götürdüyü öhdəliyi pozur” - FOTO

Leyla Abdullayeva: “Ermənistan Cenevrədə götürdüyü öhdəliyi pozur” - FOTO


3-11-2020, 16:51. Разместил: azadses
Azərbaycanın Ağdam rayonunun Mahrızlı kəndində məktəb binası Ermənistanın silahlı qüvvələri tərəfindən ağır atəşə məruz qalıb.

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabından bildirib.

O, bunun Ermənistan XİN rəhbərinin mülki və qeyri-hərbi obyektləri hədəfə almayacağına dair Cenevrədə götürdüyü öhdəlikdən az sonra baş verdiyini xatırladıb.


Вернуться назад