Главная > Siyasət > MN: Düşmən hücuma keçməyə cəhd edib, ağır itkilər verərək geri çəkilib - VİDEO

MN: Düşmən hücuma keçməyə cəhd edib, ağır itkilər verərək geri çəkilib - VİDEO


3-11-2020, 14:41. Разместил: azadses
Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.
''Azad Səs'' xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
"Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir", - MN-dən bildirilib.

Вернуться назад