Главная > Siyasət > "Amerika Süleymaninin əlini kəsə bilər, amma..."

"Amerika Süleymaninin əlini kəsə bilər, amma..."


8-01-2020, 12:37. Разместил: azadses
"Amerika Süleymaninin əlini kəsə bilər, amma İran buna ayaq kəsərək cavab verəcək". General Qasim Süleymaninin ölümündən sonra gərginləşən ABŞ-İran münasibətləri fonunda prezident Həsən Ruhani gözlənilən açıqlamanı verib. İran prezidenti dövlət televiziyasının efirində çıxış edib. 
İranın dini lideri Ayətulla Əli Xamenei də generalın ölümü. eləcə də ötən gün ABŞ hərbi bazalarına olan hücumla bağlı açıqlama verib. O, bu hadisəni inqilab kimi dəyərləndirib. "Dünyanın gedişatına təsir etdi, böyük dəyişikliklər olacaq. Bölgədəki tarix də dəyişdi. Bu perespektivdən baxmalıyıq". 
Xatırladaq ki, bu gücə İran Amerikanın İraqdakı hərbi obyektlərinə zərbələr endirib. ABŞ-ın obyektlərinə zərbələr İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı  “Əl-Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymaninin qisası məqsədi ilə endirilib. "Fox News"un məlumatına görə, İran 15 raket atıb. Onlardan 11-i hədəfə çatıb. 
Zərbələr nəticəsində Amerikanın Ərbil şəhəri yaxınlığındakı hərbi obyektinə, eləcə də Ayn əl-Əsəd aviabazasına ziyan dəyib. 


Вернуться назад