Главная > Siyasət > Hikmət Hacıyev: "Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidentinin fəaliyyətini imitasiya etməyə çalışır"
Hikmət Hacıyev: "Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidentinin fəaliyyətini imitasiya etməyə çalışır"3-11-2020, 14:33. Разместил: azadses |
“Azərbaycan Prezidenti dünyanın aparıcı media orqanlarına 24-dən artıq müsahibə verib. Həmin müsahibələr zamanı Azərbaycan reallıqları dünyanın diqqətinə çatdırılıb”. ''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini də imitasiya etməyə çalışır: “Biz bu kimi müsahibələrdə provakativ sualları da görürük. Ancaq dövlət başçısı tərəfindən reallıqlar olduğu kimi çatdırılır”. Вернуться назад |